Xatirə ərə gedir?

Xatirə ərə getməyə hazırlaşır. Bu barədə yayılan xəbərlərə görə, müğənni ilə “Yeni Ulduz-7″  yarışmasının qalibi Çingiz Mustafayev arasında sevgi münasibətləri var. Xeyli vaxtdır bir-birini sevən cütlük artıq münasibətləri rəsmiləşdirmək barədə qərar verib. Amma buna baxmayaraq, Çingizin ailəsinin bu evliliyə qarşı çıxdığı və müğənni gəlin istəmədikləri məlum olub. Bu səbəbdən nişan mərasiminin nə vaxt baş tutacağı sual altındadır. Ona görə də Xatirə bu sevgisini hamıdan gizli saxlamağa çalışır.